Sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyi başlayıb
Bakı İdman Sarayında yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyi start götürüb.

1999-2000-ci il təvəllüdlü idmançılar arasında keçirilən yarış Dünya Güləş Birliyinin mövcud qaydalarına əsasən təşkil olunub.

Yarışda Azərbaycan Güləş Federasiyasının (AGF) nümayəndəlikləri üzrə keçirilən seçim turnirlərində qalib gəlmiş güləşçilər ayrılmış saya uyğun olaraq iştirak edir. İlk yarış günündə yunan-Roma güləşi üzrə 42, 46, 50, 54, 58 və 63 kiloqram çəki dərəcəsi üzrə 142 yeniyetmə pəhləvan yarışır.

Hər çəki dərəcəsində mükafata layiq yerlər tutmuş idmançılar medal və diplomla yanaşı, AGF tərəfindən pul mükafatı ilə də təltif olunacaq və yığma komandanın heyətinə cəlb olunacaq.

Xəbər 669 dəfə oxundu.