FİDE prezidenti Crystal Hall-la tanış oldu
FİDE prezidenti Kirsan İlyumjinov 42-ci Ümumdünya Şahmat Olimpiadasının keçiriləcəyi Crystal Hall-da olub. Yarış zalıyla tanış olan Beynəlxalq Şahmat Federasiyasının rəhbəri gördüklərindən razı qalıb. FİDE prezidentinə təhlükəsizlik və tibb məsələləri eləcə də arenada media otağının təşkili barədə məlumat verilib.

Crystal Hall-un möhtəşəm arena olduğunu söyləyən FİDE prezidenti Kirsan İlyumjinov Bakının hər an Şahmat Olimpiadasını keçirməyə hazır olduğunu söyləyib.

Qeyd edək ki, Kirsan İlyumjinov bu gün Vüqar Həşimovun xatirə turnirində iştirak etmək üçün Şəmkirə səfər edəcək.

Xəbər 591 dəfə oxundu.