“Azərreyl”nin rəqibi “Bakı”nın opponentindən güclü oldu
Qadın voleybolçular arasında Rusiya Super Liqasında 17-ci tutun matçları keçirilib. İdman.com.az saytının məlumatına görə, hesabat turunda Avropa Çempionlar Liqasında “Azərreyl”in rəqibi olan Kazan “Dinamo”su, Çellenc kubokunda “Bakı” ilə qarşılaşacaq “Omiçka”nın qonağı olub.

Gərgin keçən matç Omsk təmsilçisinin 2:3 (25:23, 25:21, 20:25, 23:25, 9:15) hesablı məğlubiyyəti ilə yekunlaşıb. Qələbə sayəsində “polislər” liderliyini qoruyub. “Omiçka” isə turnir cədvəlində 5-ci yerdədir.

Xəbər 894 dəfə oxundu.