“İnter” klubu beş futbolçusu ilə müqaviləni yeniləyib
Futbol üzrə Azərbaycan Premyer Liqasında keçirilən son turdan sonra “İnter” klubunun heyəti istirahətə buraxılıb.

Komanda iyunun 18-dən “İnter Arena”da toplaşaraq növbəti mövsümə hazırlaşacaq.

Müqavilə müddəti başa çatmış futbolçularla yeni razılaşma əldə olunub. Belə ki, Şahin Zəkiyev (3 il), Sərtan Taşkın (2 il), Aqşin Quluzadə (3 il), Mirhüseyn Seyidovla (2 il) və Nizami Hacıyevlə (1 il) müqavilələr yenilənib. Digər futbolçularla danışıqlar gedir.

Xəbər 670 dəfə oxundu.