Romario Bebetonu yanına gətirdi
2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatının Təşkilat Komitəsinin tərkibində dəyişiklik edilib. İdman.com.az saytının məlumatına görə, qurumun üzvləri sırasına daha bir futbol əfsanəsi qoşulub. Bu, Braziliya yığmasının sabiq oyunçusu Bebetodur.

Onun komitəyə üzv seçiləcəyi digər əfsanə Romarionun qurumun başına keçməsindən sonra gözlənilən idi. 1994-cü ildə ABŞ-da təşkil olunan dünya çempionatında Braziliyaya 4-cü çempionluğu gətirən cütlüyün münasibətləri onların komitədə də birlikdə çalışacaqlarından xəbər verirdi.

Xəbər 988 dəfə oxundu.