Gümüş və bürünc medalçılar mükafatlandırıldı
Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında 2015/2016-cı illər mövsümündə gümüş medalçı “Qarabağ” və bürünc medalın sahibi “Sumqayıt” mükafatlandırılıb. Bu gün təşkil olunan mərasimi giriş sözü ilə açan Peşəkar Futbol Liqasının Texniki İdman şöbəsinin rəisi Zamiq Hüseynov komandalara uğurlar arzulayıb.

Medalları isə Peşəkar Futbol Liqasının baş direktoru Məlik Həsənov təqdim edib.

Xəbər 680 dəfə oxundu.