Qılıncoynatma üzrə paytaxt çempionatının qalibləri müəyyənləşib
Qılıncoynatma üzrə Bakı çempionatı keçirilib.

Yarışda beş klubdan 50-dək idmançı birincilik uğrunda mübarizə aparıb.

Kişilərin sablya yarışlarında Azər Tağıyev qızıl, Cavanşir Ağakişiyev gümüş, Cavanşir Səfərov və Elvin Rzazadə bürünc medala sahib olublar. Qadınlardan ibarət sablya millimizin əsas heyətinin Moskvada təlim-məşq toplanışı və Qran-pri turnirində iştirak etdiyi üçün yarış təxirə salınıb. Əsas heyət qayıtdıqdan sonra ayrıca yarış keçiriləcək.

Kişilərin şpaqa yarışlarında isə Etibar Namazov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Vəkil Nəsibov yarışı ikinci, Nəcəf Məhərrəmov və Oktay Bagiyev isə üçüncü pillədə başa vurublar. Qadınların mübarizəsində isə Məryəm Məlikova birinci, Elmira Xudaverdiyeva ikinci, Nübar Məlikova və Azərin İdriszadə isə üçüncü olublar.

Yarış iyunun 18-26-da Polşanın Torun şəhərində keçiriləcək Avropa çempionatına hazırlıq xarakteri daşıyıb.

Xəbər 1425 dəfə oxundu.