Mövsümün son turu | |
Bu gün Topaz Premyer Liqasında 2015/16 mövsümünə yekun vurulacaq. Çempionatın həlledici - 36-cı turunun qarşılaşmaları eyni gündə keçiriləcək. Hazırda üçüncü pillədə qərarlaşan “İnter” doğma meydanda gümüş medalları ötən tur təmin etmiş “Zirə”ni qəbul edəcək. Üçüncü yer uğrunda mübarizə aparan digər iki komanda - “Kəpəz” ilə “Qəbələ” isə Gəncədə üz-üzə gələcək. Çempionatın aşkar autsayderləri - “Rəvan” və “Xəzər Lənkəran” da həlledici turda bir-biri ilə üz-üzə gələcək. Çempionatı 6-cı pillədə başa vurmaqla Avropa Liqasında Premyer Liqa vasitəsilə vəsiqə qazanmağı hədəfləyən "Neftçi" səfərdə “Sumqayıt”la qarşılaşacaq. Çempion “Qarabağ” isə mövsümün son matçını AZAL-a qarşı keçirəcək. Topaz Premyer Liqası 36-cı tur 20 may (cümə) 17:00. “Kəpəz” - “Qəbələ” Hakimlər: Rəhim Həsənov, Vaqif Musayev, Namiq Hüseynov, İnqilab Məmmədov. Gəncə şəhər stadionu. 17:00. “İnter” - “Zirə” Hakimlər: Fariz Yusifov, Elman Musayev, Knyaz Əmiraslanov, Fərid Məmmədov. Bakı. “İnter Arena”. 17:00. “Rəvan” - “Xəzər Lənkəran” Hakimlər: Ramil Diniyev, Munis Abdullayev, Elgün Adıgözəlli, Elvin Əsgərov. Bakı. “Bayıl Arena”. 19:00. “Sumqayıt” - “Neftçi” Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Cavanşir Yusifov, Ramil Əhmədov. Sumqayıt. “Kapital Bank Arena”. 19:00. “Qarabağ” - AZAL Hakimlər: Ömər Paşayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə. Bakı. “Azersun Arena”. Bombardirlər: 14 - Nelson Bonilya ("Zirə"), Dani Kintana ("Qarabağ"). |
|
Xəbər 668 dəfə oxundu. |
|
|