Avstraliyanın Sidney şəhərində keçirilən XXVII Yay Olimpiya Oyunlarında ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərini XXVII Yay Olimpiya Oyunlarında ən yüksək nəticələr göstərməyə həvəsləndirmək məqsədilə qərara alıram:
1. XXVII Yay Olimpiya Oyunlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatlar aşağıdakı qaydada müəyyən edilsin:
- birinci yeri tutan hər bir idmançıya 225 milyon manat, onun məşqçisinə isə 115 milyon manat məbləğində;
- ikinci yeri tutan hər bir idmançıya 135 milyon manat, onun məşqçisinə isə 65 milyon manat məbləğində;
- üçüncü yeri tutan hər bir idmançıya 70 milyon manat, onun məşqçisinə isə 35 milyon manat məbləğində.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 avqust 2000-ci il.

Xəbər 1535 dəfə oxundu.