Bakı Şahmat Olimpiadasının baş hakimi Faiq Həsənov olacaq
Bakıda keçiriləcək 42-ci Şahmat Olimpiadasının baş hakimi müəyyənləşib.

Ümumdünya Şahmat Olimpiadasının baş hakimi Faiq Həsənov olacaq. Ümumilikdə Olimpiada vaxtı 200-ə yaxın hakim partiyalara nəzarət edəcək. Baş hakimin köməkçiləri Anastasiya Sorokina və Mahdi Abdulrahim olacaq.

Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Hakimlər Komissiyasının sədri Takis Nikolopoulos isə turnirin direktoru təyin olunub.

Xatırladaq ki, Bakıda təşkil olunacaq Şahmat Olimpiadası sentyabrın 1-də start götürəcək və ayın 14-də başa çatacaq. Ölkəmizdə ilk dəfə baş tutacaq mötəbər yarış “Crystal Hall”da keçiriləcək. Olimpiada günlərində paytaxtımızda həm də FİDE konqresinin növbəti iclası olacaq.

Xəbər 637 dəfə oxundu.