Rəvan - Xəzər Lənkəran matçı baş tutmaya bilər
"Rəvan" rəhbərliyi növbəti mövsüm Premyer Liqada iştirak etmək üçün lisenziya almağa hazırlaşdıqlarını iddia etsə də, klubda vəziyyət pisləşib. Futbolçular maaşlarını ala bilmədikləri üçün ötən gün etiraza əl atıblar.

Komanda üzvləri məşqə çıxmaqdan imtina ediblər. Futbolçular dörd aylıq borcun ödənilməsini tələb edirlər. Borc bu gün də ödənilməsə, yeni onlar məşq etməyəcəklər. Belə olan halda komandanın "Xəzər Lənkəran"a qarşı Topaz Premyer Liqasının həlledici 36-cı tur matçına da çıxmayacağı gözlənilir. Halbuki, "Rəvan"ın elitada qalıb-qalmayacağı bu oyundan da asılıdır.

Futbolçular əmindirlər ki, klub rəhbərliyi onların borcunu qəsdən gecikdirir və ödəmək istəmir. Çünki yeni mövsüm öncəsi onlarla yeni müqavilələr imzalanacaq. Həmin müqavilələr də əvvəlki borclar nəzərə alınmadan bağlanacaq ki, onlar heç nə ala bilməyəcəklər.

Xəbər 651 dəfə oxundu.