Çempionlar mükafatlarını aldı
UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016 turnirinin 1/2 final mərhələsi çərçivəsində “Dalğa Arena”da keçirilmiş Almaniya – İspaniya qarşılaşmasının fasiləsində AFFA-nın U-17 Liqasının və U-16 Liqasının 2015/2016-cı il mövsümünü ilk 3 pillədə başa vurmuş komandaların mükafatlandırılması mərasimi təşkil olunub. Mükafatları AFFA-nın baş katibui Elxan Məmmədov, AFFA-nın İcraiyyə Komitəsinin üzvləri İskəndər Cavadov və Vaqif Sadıqov, "Bakcell" şirkətinin baş icraçı direktoru Nikolay Bekers təqdim ediblər.

U-17 Liqasının qalibi “Neftçi” komandası olub. “Qəbələ” ikinci, “Sumqayıt” isə üçüncü yeri tutub.

U-16 Liqasında mövsümü birinci pillədə “Qəbələ” başa vurub. Sonrakı pillələrdə, müvafiq olaraq, “Əlincə” və “Neftçi” qərarlaşıb.

Xəbər 635 dəfə oxundu.