Neftçinin futbolçuları Makedoniyaya yollanır
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Bakıda və Makedoniyanın Strumiça şəhərində təlim-məşq toplanışı keçirəcək. May ayının 23-dən iyunun 11-dək davam edəcək hazırlıq prosesinə "Neftçi” PFK-nın yetirmələrindən 4 futbolçu – Bahadur Həziyev, Ömər Buludov, Əli Şirinov və Sərxan Əhmədli dəvət olunub.

Xəbər 771 dəfə oxundu.