Aleksandr Starkova son xəbərdarlıq
“Bakı” rəhbərliyi paytaxt klubunun baş məşqçisi Aleksandr Starkova xəbərdarlıq edib. İdman.com.az saytı xəbər verir ki, buna Unibank Premyer Liqasının 20-ci turunda “Qarabağ”a 0:3 hesablı məğlubiyyət səbəb olub.

Belə ki, matçdan sonra rəhbərliyə hesabat verən latviyalı mütəxəssisin qarşısına şərt qoyulub. Starkov altılıq oyunlarına kimi baş tutacaq son üç matçda komandasına qələbə qazandırmalıdır. Əks halda, latviyalı xoca istefaya göndəriləcək.

Qeyd edək ki, hazırda “Bakı” rəhbərliyi baş məşqçinin işindən çox narazıdır. Qarşısında çempionluq vəzifəsi durmasına rəğmən, 29 xalla 5-ci pillədə qərarlaşan, hətta ilk altılığa düşməmək təhlükəsi də olan “zolaqlılar” qarşıdakı turlarda “Simurq”, “İnter” və “Neftçi”yə uduzsa, böyük ehtimalla final mərhələsinə Starkovsuz başlayacaq.

Xəbər 835 dəfə oxundu.