Respublika spartakiadasında stolüstü tennis üzrə yarışlar keçirilib
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət Heyətinin qərarı və “Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş ali təhsil müəssisələrinin işçiləri arasında respublika spartakiadası davam edir.

Spartakiadaya idmanın 5 növü - şahmat, dama, nərd, voleybol və stolüstü tennis idman növləri daxildir. Stolüstü tennis üzrə yarışlar keçirilib.

Stolüstü tennis üzrə yarışda 9 komanda iştirak edib. Onlar arasında fəxri kürsünün ən yüksək pilləsinə Milli Aviasiya Akademiyasının təmsilçiləri qalxıb. Gəncə Dövlət Universiteti komandası ikinci, Bakı Slavyan Universiteti isə üçüncü olub.

Xəbər 697 dəfə oxundu.