Neftçinin 4 futbolçusu U-21 yığmamızda
“Neftçi”nin 4 futbolçusu - Elşən Abdullayev, Məqsəd İsayev, Fəhmin Muradbəyli, Rahil Məmmədov və qapıçılar üzrə məşqçi Ramiz Əhmədov Azərbaycan U-21 yığma komandasına cəlb olunub. Mayın 23-24-də Bakı şəhərində təlim-məşq toplanışı keçəcək yığma bu ayın 25-dən iyunun 5-dək hazırlıq prosesini Sloveniyada davam etdirəcək.

Xatırladaq ki, bir neçə gün əvvəl “Neftçi”nin 3 futbolçusu Azərbaycan milli komandasına dəvət almışdı. Beləliklə, ümumilikdə əsas komandanın 7 üzvü milli və U-21 yığmasının heyətində çağırılıb.

Xəbər 581 dəfə oxundu.