Aftandil Hacıyev: “Rəvan” bizdən güclü idi
“Çempionata hazırlıqsız başladıq. “Turan”ın heyəti əsasən gənclərdən təşkil olunub. Bir neçə zədəli oyunçularımız var”. İdman.com.az saytının məlumatına görə, bu sözü qol.az-a “Rəvan”a məğlubiyyətdən (1:2) sonra “Turan” klubunun müdafiəçisi Aftandil Hacıyev deyib.

Təcrübəli futbolçu “sarı-qırmızılar”ın daha güclü oynadığını etiraf edib: “Komandamızın heyətində bəzi çatışmazlıqlar var. Bunlara baxmayaraq, ikinci hissəyə yaxşı başladıq. “Rəvan” bizdən güclü idi. İlk hissədə oyunun taleyini həll edərək hesabı qoruya bildilər”.

Xəbər 999 dəfə oxundu.