Millimiz Avstriyaya tam heyət ilə yollanmayacaq
Futbol üzrə Azərbaycan yığması mayın 23-dən Avstriyada təlim-məşq toplanışına başlayacaq. Millimiz bu hazırlıq prosesinə heç də tam heyətlə yollanmayacaq.

Məsələ burasındadır ki, legioner həyatı yaşayan Ufuk Budak ("Qaziantep BB", Türkiyə), Dmitri Nazarov ("Karlsrue", Almaniya) və Eddi İsrafilov ("Kordoba", İspaniya) Vyanaya komandadan ayrı uçacaq. Toplanışdan sonra da onlar Bakıya yox, birbaşa yaşadıqları ölkələrə yollanacaqlar.

Bundan əlavə, "Neftçi"nin (Rəhman Hacıyev, Araz Abdullayev, Ruslan Qurbanov) və "Qarabağ"ın futbolçuları (Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev, Qara Qarayev, Coşqun Diniyev və Əfran İsmayılov) da milliyə gec qoşulacaqlar. Bu komandalar ölkə kubokunun mayın 25-də keçiriləcək final qarşılaşmasında üz-üzə gələcəklər. Bu üzdən də hər iki klubun üzvləri yalnız mayın 26-da millimizin düşərgəsində ola biləcək. Böyük ehtimalla elə həmin gün baş tutacaq Andorra ilə yoxlama oyununda bu komandaların futbolçuları meydana buraxılmayacaq.

Xəbər 670 dəfə oxundu.