Kaxaber Sxadadze: Vacib qələbə əldə etdik
"İlk növbədə PFL-in və "Kəpəz" klubunun rəhbərliyinə təşəkkürümü bildirmək istəyirəm. Bildiyiniz kimi, Gəncə şəhər stadionunda meydança yaxşı vəziyyətdə deyildi və qarşılaşmanın Yevlax şəhərində keçirilməsi barədə qərar qəbul edildi". İdman.com.az saytının məlumatına görə, bu sözü "İnter" klubunun baş məşqçisi Kaxaber Sxadadze "Kəpəz"lə oyundan sonra (1:0) keçirilən mətbuat konfransında deyib.

Gürcüstanlı mütəxəssis görüşlə bağlı isə bunları bildirib: "Oyuna gəldikdəsə onu deyə bilərəm ki, matç ərzində "İnter"də oyun praktikasının çatışmazlığı hiss olundu. Realizasiyalarda problemlərin olduğu da müşahidə edildi. Buna baxmayaraq, vacib qələbə əldə etməyi bacardıq".

Xəbər 865 dəfə oxundu.