Otüstü hokkey üzrə açıq Bakı çempionatının qalibləri müəyyənləşib
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən otüstü hokkey üzrə açıq Bakı çempionatı keçirilib.

Azərbaycan Otüstü Hokkey Federasiyasının stadionunda təşkil olunan çempionatda 6 komanda mübarizə aparıb.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda qızlar arasında 14 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin ikinci komandası fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Oğlanların mübarizəsində isə həmin məktəbin birinci komandası kuboka sahib olub.

Qalib komandalar Baş İdarə tərəfindən kubok, müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

Xəbər 2339 dəfə oxundu.