“Qəbələ”yə çempionluq kuboku təqdim olunub
Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında 2015/2016-cı illər mövsümünün qalibi “Qəbələ”yə çempionluq kuboku təqdim olunub.

AZAL-a qarşı keçirilən görüşdən sonra “Qəbələ” komandası medallarına və kubokuna qovuşub.

Mükafatları Peşəkar Futbol Liqasının baş direktoru Məlik Həsənov təqdim etdi.

Xəbər 595 dəfə oxundu.