Prosineçki üç futbolçunu U-21-ə yollayacaq
Azərbaycan milli komandasının Avstriyada keçiriləcək təlim-məşq toplanışına dəvət edilən 3 futbolçu – Budaq Nəsirov, Adil Nağıyev və Vüqar Mustafayev bu hazırlıq prosesində sonadək iştirak edə bilməyəcəklər. Onlar mayın 27-dən etibarən Sloveniyada toplanışda olacaq 21 yaşadək futbolçulardan ibarət yığmanın hazırlıq prosesinə qoşulacaqlar.

Xəbər 689 dəfə oxundu.