“Beşikdaş”ın inzibatçısı nədən məhrum oldu?
“Beşikdaş”ın inzibatçısı Sürəyya Sönər komandası Avropa Liqasında Portuqaliyanın “Braga” klubunu səfərdə məğlub etdiyinə görə bığları ilə vidalaşmalı olub. İdman.com.az xəbər verir ki, Söner matdan əvvəl komandanın portuqaliyalı futbolçusu Simao Sabrozaya “Braga”nı məğlub edə bilməyəcəklərini deyib.

Sabroza isə “Qalib gəlsək, bığlarını qırxacaqsan” deyərək onunla mərcləşib. “Qara qartallar” Portuqaliya təmsilçisini məğlub etdikdən sonra sözünün üstündə duran Soner bığları ilə vidalaşıb.
Qeyd edək ki, “Beşikdaş” Avropa Liqasının 1/16 final mərhələsinin ilk oyununda səfərdə “Braga”nı 2:0 hesabı ilə məğlub edib.


Xəbər 909 dəfə oxundu.