“Topaz”dan “Beşikdaş” – “Qalatasaray” derbisi
Bu gün “Topaz” proqramında 2 təkli və 7 ekspress basketbol oyunu yer alıb. Apasport.az saytının məlumatına görə, mərc oyunları operatoru Türkiyə kubokunun “Banvit” – “Anadolu Efes” və “Beşikdaş” – “Qalatasaray” duellərini təkli matç seçib.

Ekspress oyunlar isə Avropa Basketbol Liqasında, Spor Toto Türkiyə Kuboku, İspaniya Kuboku və İtaliya Kubokunda keçiriləcək. Basketbol proqramı və keçiriləcək oyunlar haqqında ətraflı məlumatı www.topaz.az saytından əldə etmək olar.

Xatırladırıq ki, “Topaz”da mərcin minimal məbləği cəmi 1 manat təşkil edir. Azərbaycanda ilk qanuni idman mərc oyunu olan “Topaz”, öz iştirakçılarının uduşlarına dövlət təminatı verir. “Topaz” iştirakçıları yalnız 2012-ci ildə 3 500 000 manatdan artıq uduşa sahib olublar.
Topaz 18 yaşına çatmamış şəxslərin mərclərini qəbul etmir.

Xəbər 898 dəfə oxundu.