Hollandiyanın 17 yaşadək futbolçuları da Avropa çempionatının dörddəbir finalına yüksəliblər
Mayın 12-də 17 yaşadək futbolçular arasında Avropa çempionatının “D” qrupunda üçüncü turun son matçları keçirilib.

Bakı Olimpiya Stadionunda Serbiya və Hollandiya yığmaları üz-üzə gəlib. Serbiyalılara mərhələ adlamaq üçün mütləq qələbə lazım olsa da, Hollandiya buna imkan verməyib. Görüş Hollandiya yığmasının 2:0 hesablı qələbə ilə başa çatıb. İslandiyalı baş hakim Gunnar Jarl Conssonun idarə etdiyi matçda Marko İliç (72-ci dəqiqə, avtoqol) və Dilan Vente (80+1-ci dəqiqə) fərqləniblər.

Beləliklə, İspaniya yeddi xalla “D” qrupunu lider kimi başa vurub. Hollandiya altı xalla ikinci pillədə qərarlaşıb. Hər iki milli komanda dörddəbir finala yüksəlib. İtaliya üç, Serbiya isə bir xalla qrupda qalıb.

Xəbər 674 dəfə oxundu.