Futbol üzrə rayon çempionatının final mərhələsi keçirilib
Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi və Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə mayın 10-da 115 saylı tam orta məktəbin stadionunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə Binəqədi rayon orta ümumtəhsil məktəblərinin 8-9-cu sinif şagirdləri arasında Futbol üzrə rayon çempionatının final mərhələsi keçirilib.

Qeyd edək ki, çempionatda 18 komanda tərkibində 16 nəfər olmaqla ümumilikdə 288 nəfər iştirak edib.

Yarışın nəticəsinə görə birinci yerə 205 saylı, ikinciyə 283 saylı, üçüncyə 126 saylı tam orta məktəbin komandası layiq görülüb.

Xəbər 892 dəfə oxundu.