İslam Həmrəyliyi Oyunlarının rəhbər işçiləri Bakıda bir araya gəldi
IV İslam Həmrəyliyi Oyunlarının Bakıda başlamasına bir il qaldığı bir vaxtda, İslam Həmrəyliyi İdman Federasiyasının (ISSF) Koordinasiya Komissiyasının rəhbər işçiləri Oyunlara hazırlığı qiymətləndirmək məqsədi ilə bu gün bir araya gəliblər.

İslam Həmrəyliyi İdman Federasiyasının 1-ci vitse prezidenti, Əlaqələndirmə Komissiyasının sədri, Polkovnik Hamad Kalkaba Malboumun sədrliyi ilə, Koordinasiya Komissiyasının nümayəndələri Azərbaycan İslam Oyunları Əməliyyat Komitəsi (AISGOC) tərəfindən hazırlanan bir sıra təqdimatlara tamaşa etdilər. Seminar zamanı nümayəndələrə idman tədbirlərinin keçiriləcəyi məkanlar, idman proqramları, açılış və bağlanış mərasimləri və digər təşkilati yeniliklərlə bağlı geniş məlumatlar verildi.

ISSF–in 1-ci Vitse-prezidenti və Koordinasiya Şurasının sədri polkovnik Hamad Kalkaba Malboum bildirdi:

“Azərbaycan idman dünyasında böyük irsə malik bir ölkədir və biz əminik ki, IV İslam Həmrəyliyi Oyunlarının ev sahibi olaraq Azərbaycan idmançılar və tamaşaçılar üçün dünya səviyyəli bir tədbir təşkil edəcək. Bakıya yenidən qayıtmağımızdan və hazırlıq işlərindəki mühüm və böyük irəliləyiş haqqında eşitməyimizdən məmnun olduq. Təşkilat komitəsinin oyunlara hazırlıq prosesindəki yüksək əhval ruhiyyəsi bizi çox sevindirir və Oyunlara bir il qalması etapının qeyd edilməsini səbirsizliklə gözləyirik.”
Azərbaycan Respublikasının Gənclər və İdman Naziri, AISGOC-nin baş icraçı direktoru Azad Rəhmiov bildirdi:

“Bakıda Koordinasiya Komissiyasını qəbul etmək bizə sonuncu görüşdən keçən dövr ərzində gördüyümüz işlərin yekununa bir daha nəzər salmağa və qarşıda duran planların icrasını bir daha müzakirə etməyə imkan yaradır. 12 gün keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında 5000-dən çox idmançı 20 idman növündə mübarizə aparacaq. Azərbaycanın böyük idman yarışlarını çox böyük uğurla həyata keçirdiyini nəzərə alsaq, ölkəmizə təşrif buyuracaq nümayəndələrin də Azərbaycandan xoş təəssuratlarla ayrılacağına əminik.”

Məlumat üçün bildirək ki, ISSF nümayəndələri Oyunların başlamasına bir ilin qalması münasibəti ilə təşkil olunmuş rəsmi Qala nahara qatılacaq və Oyunların açılışına geriyə sayımın başlanmasını Bakı sakinlərilə birgə qeyd edəcəklər.

SON
Redaktorlar üçün qeydlər

IV İslam Həmrəyliyi Oyunları 12 – 22 may 2017-ci il tarixində Bakıda keçiriləcək İslam dünyasını birləşdirən, çoxnövlü maraqlı idman tədbirdir.

Bütün dünyadakı islam dövlətlərindən 5,000 nəfərə qədər idmançı Bakıda 16 müasir yarış məkanında tərkibinə 24 növün (Atletika və Para atletika, Su idmanı – Suya tullanma, Su idmanı – Üzgüçülük, Su idmanı – Su polosu, Basketbol 3x3, Futbol, Bədii gimnastika – Ritmik gimnastika, Uşu, Stolüstü tennis, Həndbol, Cüdo və Para cüdo, Yunan-Roma güləşi – Sərbəst güləş, Atıcılıq, Tennis, Voleybol, Boks, Zorxana, Karate, Taekvondo və Ağır atletika) daxil olduğu 20 fərqli idmandan ibarət 12 günlük yarışda öz ölkələrini təmsil edəcəklər.

2013 – cü ilin iyulunda Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının Baş Assambleyasında Oyunların Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilməsi qərara alınmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərmanı ilə Təşkilat Komitəsi yaradılmış və Təşkilat Komitəsinə rəhbərlik Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevaya həvalə edilmişdir. Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AISGOC) Oyunları ISSF ilə əməkdaşlıq edərək təşkil edəcək və keçirəcək.

Xəbər 1102 dəfə oxundu.