Gənc sərbəst güləşçilərimiz Xasavyurtdan 4 medalla qayıdıblar
Dağıstan Respublikasının Xasavyurt şəhərində gənclər arasında sərbəst güləş üzrə “Dostluq - Qafqaza sülh” 38-ci beynəlxalq turnir keçirilib. Turnirdə Azərbaycan, Rusiya, Qazaxıstan, Ukrayna, Ermənistan, Özbəkistan, Latviya, Litvadan 170-dən artıq pəhləvan 8 çəki dərəcəsində mübarizə aparıb.

Güləşçilərimiz yarışda 1 qızıl, 2 gümüş və 1 bürünc medala sahib olublar. Bütün rəqiblərindən üstün olan Orxan Abbasov (66 kq) turnirin qızıl medalını qazanıb. Murad Xaliqov (84 kq) və Məhəmmədrəsul Qazıməhəmmədov (96 kq) yalnız final görüşündə uduzub və gümüş medalla kifayətləniblər. Bürünc medalı isə yığmamıza 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Məhəmməd Abdullayev qazandırıb.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Babək Allahverdiyev təmsil edib.

Xəbər 688 dəfə oxundu.