Azərbaycanlı tələbə ABŞ-da mötəbər yarışın mükafatçısı olub
Texas Universitetində atletika üzrə ABŞ-dakı Tələbələrin Liqa yarışları keçirilib. Ənənəvi mötəbər yarışda ABŞ-ın əksər universitetlərinin tələbələri mübarizə aparıblar.

Turnirdə ABŞ-da təhsil alan azərbaycanlı tələbə Ələsgər Məmmədov da iştirak edib. Hündürlüyə tullanma yarışlarında Miçiqan Universitetində təhsil alan həmyerlimiz 2,05 metr nəticə ilə üçüncü yeri tutub. Yarışın qalibi adını 2,16 metr nəticə ilə Çarles Austin qazanıb.

Xəbər 991 dəfə oxundu.