Gənclər arasında stolüstü tennis üzrə rayon birinciliyi
6-7 may tarixlərində Daşkəsən rayon Uşaq Gənclər İdman məktəbində ümummilli lider Heydər Əliyevin 93 illik yubileyinə həsr olunmuş gənclər arasında stolüstü tennis üzrə rayon birinciliyi keçirilib.

15 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi ümummilli lider Heydər Əliyevin xatirəsini əbədiləşdirmək, Müstəqil Azərbaycan Respublikasının dövlət quruculuğunda Heydər Əliyev yaradıcılığının təbliği, rayonda idmanın kütləviliyinin təmin olunması və bu idman növünün inkişaf etdirilməsi olub.

Yekun nəticələrə görə birinci yerə Asif Abbasov, ikinciyə Sərxan Orucov, üçüncüyə Nəsimi Qafarov layiq görülüblər.

Sonda qalib idmançılar rayon Gənclər və İdman idarəsi tərəfindən diplom və qiymətli hədiyyələrlə təltif olunublar.

Xəbər 852 dəfə oxundu.