“Sumqayıt” komandası “Rəvan”a şans verməyib
Mayın 11-də Azərbaycan Premyer Liqasında 34-cü turu çərçivəsində “Sumqayıt” autsayder “Rəvan”la üz-üzə gəlib.

Premyer Liqada heç bir iddiası olmayan “Sumqayıt” doğma meydanda turnirin autsayderini 3:1 hesabı ilə məğlub edib.

Görüşdə qonaqlar hesabı açıblar. Yasin Həmid 8-ci dəqiqədə adını tabloya yazdırıb - 0:1. İkinci hissədə təşəbbüsə yiyələnən meydan sahibləri rəqibin qapısından üç top keçiriblər. Sumqayıtlıların heyətində Amil Yunanov (64) və Pərdis Fərcad-Azad (71, 82) fərqləniblər.

Beləliklə, aktivində 33 xal olan “Sumqayıt” səkkizinci pillədə möhkəmlənib. “Rəvan” isə turnirin sonuncusu olmaqda davam edir.

Xəbər 662 dəfə oxundu.