Portuqaliya və Belçika yığmaları U-17 Avropa çempionatının dörddəbir finalına vəsiqə qazanıb
Bakıda təşkil olunan 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatında “A” qrupunun oyunlarına yekun vurulub.

“Dalğa Arena”da Portuqaliya və Belçika yığma komandaları qarşılaşıb. Finlandiyalı baş hakim Ville Nevalainenin idarə etdiyi oyunda hesab açılmayıb.

Hesabında 7 xal olan Portuqaliya millisi qrup lideri kimi turnirin dörddəbir final mərhələsinə yüksəlib. Aktivində 5 xal olan Belçika növbəti mərhələyə vəsiqəni təmin edib. Hesabında 4 xal olan Azərbaycan millisi və xalsız Şotlandiya komandası Avropa çempionatında iştirakını dayandırıb.

Xəbər 693 dəfə oxundu.