İslam Həmrəyliyi Oyunlarına 1 il qalması münasibəti ilə məsul şəxslər Bakıda görüşəcək
12 May 2016-cı il tarixdə Hilton otelində IV İslam Həmrəyliyi İdman Federasiyasının Əlaqələndirmə komissiyasının sayca 3-cü iclası keçiriləcək. İclasda Əlaqələndirmə komissiyasının və İslam Həmrəyliyi oyunları ilə bağlı Əməliyyat Komitəsinin üzvləri iştirak edəcəklər.

12 May günün 1-ci yarısı keçiriləcək iclsada son görüşdən sonra oyunların həyata keçirilməsi istiqamətində görülmüş və qarşıdakı müddət ərzində görülməsi tələb olunan işlər ətrafında müzakirə aparılacaq.

Günün 2-ci hissəsi isə media nümayəndələri üçün mətbuat konfransı keçiriləcək.

Mətbuat konfransında gənclər və idman naziri, IV İslam Həmrəyliyi Oyunlarının icraçı direktoru Azad Rəhimov, MOK vitse prezidenti, İslam Həmrəyliyi İdman Federasiyasının 2-ci vitse prezidenti Çingiz Hüseynzadə, İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Abdulaziz Al-Nassar və digər rəsmilər iştirak edəcəklər.

12 May tarixinin ən əlamətdar hadisələrindən biri IV İslam Həmrəyliyi oyunlarının başlamasına 1 il qalmasıdır. Bunula əlaqədar olaraq mətbuat konfransı zamanı oyunların yeni loqosunun və internet səhifəsinin təqdimatı keçiriləcək.

Axşam saatlarında isə Bakı Biznes Mərkəzinin qarşısında IV İslam Həmrəyliyi oyunlarına 1 il qalması münasibəti ilə idman nümayişi olacaq.

13 May tarixdə isə IV İslam Həmrəyliyi oyunları ilə əlaqədar olaraq MOK-lərinin “Açıq gün” iclası keçiriləcək. İclasda 36 ölkədən 70-dən artıq nümayəndə iştirak edəcək. İclas zamanı oyunların təhlüksizlik, akreditasiya, nəqliyyat və s kimi məsələləri müzakirə olunacaq.

Proqram

12 May Hilton otel Yaqut otağı
Səhər 9.00
IV İslam Həmrəyliyi oyunları 3-cü Əlaqələndirmə Komissiyasının iclası

Saat: 14.00- Hilton otel Sevda otağı
Mətbuat konfransı

Saat 21.30: Bakı Biznes Mərkəzinin qarşısı
IV İslam Həmrəyliyi oyunlarına 1 il qalması münasibəti ilə idman nümayişi

13 May Hilton otel Yaqut otağı
Səhər 9.00 IV İslam Həmrəyliyi oyunları Milli Olimpiya Komitələrinin açıq gün iclası
(8.45 də iclasda olmanız rica olunur. Ancaq fotoqraf və kameralara icazə veriləcək Çəkiliş 15 dəq davam edəcək. )

Xəbər 763 dəfə oxundu.