“UEFA U-17”: Azərbaycan millisi Avropa çempionatının qrup mərhələsində son oyununu keçirir
On yeddi yaşadək futbolçular arasında Avropa çempionatının üçüncü turunun matçları start götürüb.

“A” qrupunda yer alan Azərbaycan millisi 8-ci kilometr stadionunda Avropa çempionatının qrup mərhələsində son oyununu Şotlandiyaya qarşı keçirir.

Norveçli baş hakim Sveyn-Erik Edvartsenin idarə etdiyi qarşılaşmada millimizin start heyətində meydana Murad Popov, Hüseyin Seyliqli, Ricat Qarayev, Elçin Əsədov (kapitan), İbrahim Qədirzadə, Fərid Nəbiyev, Metin Güler, Doğukan Oksuz, Pilağa Mehdiyev, İsmayıl Karakaş və Süleyman Əhmədov çıxıblar.

Şotlandiya yığmasının ilk on birliyində isə Kieran Vright, Dan Meredith, Aidan Uilson, Daniel Baur, Liam Hegarti, Fraser Hornbi, Liam Burt (kapitan), Kyle McAllister, Cek Aitçison, Zak Rudden və Connor McLennan yer alıblar.

Xəbər 788 dəfə oxundu.