“Xəzər-Lənkəran” futbol klubunun baş məşqçisi istefa verib
Futbol üzrə Azərbaycan Premyer Liqasının 33-cü turunda “Kəpəz”ə 0:3 hesabı ilə uduzan “Xəzər-Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədov klub rəhbərliyinə istefa ərizəsini təqdim edib.

E.Məmmədovun ərizəsi klub tərəfindən qəbul edilib.

E.Məmmədov 2012-ci ildə “Xəzər-Lənkəran”ın əvəzedici heyətinin baş məşqçisi təyin olunmuşdu. Gənc futbolçularla güclü komanda yaratmağı bacarmış və klubun bir çox yetirməsinin əsas komandaya qədər yüksəlməsində pay sahibi olmuş mütəxəssis 2015-ci ilin yanvar-may aylarında, həmçinin 2016-cı ilin yanvarından bu günədək əsas komandanın baş məşqçisi qismində çalışıb.

Əsas komandanın baş məşqçisi funksiyasını mövsümün sonunadək əvəzedici heyətin baş məşqçisi Ağadadaş Həmidov yerinə yetirəcək.

Xəbər 688 dəfə oxundu.