Bakı Şəhər Halqası xeyriyyə yarmarkası keçirdi
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) əməkdaşları, Avropa Qran Prisinin könüllüləri və marşallarının iştirakı ilə mayın 8-də Fəvvarələr meydanında “Ümid halqasında birləşək!” şüarı altında xeyriyyə yarmarkası baş tutub. Şuşanın işğalını anmaq məqsədilə baş tutan aksiyada uşaq evində qalan azyaşlıların əl işləri yanaşı əməliyyat şirkəti kollektivinin hazırladığı şirniyyatlar, suvenirlər və bir-birindən gözəl müxtəlif əşyalar satışa çıxarılıb.

Yarmarkaya böyük maraq göstərən şəhər sakinləri buradan alış-veriş edərək xeyriyyə aksiyasına öz töhfələrini veriblər. Tədbirdə, həmçinin Formula 1 Avropa Qran Prisinin marşallarının ulduz elçisi Murad Dadaşov da iştirak edib.

Qeyd edək ki, xeyriyyə yarmarkasında toplanan vəsait aksiyanı keçirən Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin kollektivi tərəfindən “Ümid Yeri” uşaq sığınacağına təqdim olunub.

Xəbər 613 dəfə oxundu.