Almaniyada Ümummilli Liderin yubileyinə həsr olunan boks turniri keçirilib
Almaniyanın Vaysvasser şəhərində ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilən peşəkar boks turniri keçirilib.

Turnirin finalında alman boksçu Matthias Pelk ilə Gürcüstan boksçusu Jaba Çautaşvili mübarizə aparıblar. Rəqibini xal hesabı ilə məğlub edən almaniyalı idmançı rinqdə qalib gələrək 5-ci dəfə Dünya Boks Komitəsinin Heydər Əliyev adına kəmərinə sahib olub.

Turnirdə Belarus, Gürcüstan, Ukrayna, Tacikistan, Polşa, Keniya boksçuları da mübarizə aparıblar. 2007-ci ildən bəri Almaniyada keçirilməsi ənənə halını alan bu turnir Azərbaycanın Almaniyadakı səfirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Boks Federasiyası, “Qəbələ” idman klubu, Almaniya Azərbaycanlılarının Koordinasiya Mərkəzi, Maqdeburq şəhərində fəaliyyət göstərən Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin təşkilatçılığı ilə baş tutur.

Xəbər 806 dəfə oxundu.