İngiltərə millisi 17 yaşadək futbolçular arasında Avropa çempionatında ilk qələbəsini qazanıb
Mayın 9-da 17 yaşadək futbolçular arasında Avropa çempionatının “C” qrupunda ikinci turun son qarşılaşması başa çatıb.

Suraxanı qəsəbə stadionunda Fransa komandası İngiltərə millisi ilə görüşüb. Birinci turu üç xalsız başa vuran komandaların bu oyunu tərəflər üçün böyük əhəmiyyət kəsb edib. Fransa–İngiltərə duelindən sonuncu yığma qalib ayrılıb-0:2. İngilislər Ben Morrisin 15-ci və Reyss Nelsonun 43-cü dəqiqələrdə vurduqları qolla mərhələ keçməyə iddia olduqlarını göstəriblər.

Beləliklə, “C” qrupuna dörd xalla Danimarka yığması başçılıq edir. İkinci-üçüncü pillədə üç xalı olan İngiltərə və eyni xala malik İsveç qərarlaşıb. Sonuncu sıranı isə bir xalla Fransa tutur. Bu qrupda sonuncu turun matçları mayın 12-də oynanılacaq.

Xəbər 700 dəfə oxundu.