Kəpəz tarixi derbiyə hazırlaşır
Topaz Premyer Liqasının 33-cü turunda səfərdə “Xəzər Lənkəran” üzərindəki qələbədən sonra “Kəpəz” Bakıya qayıdıb. Komanda istirahət etmədən dünəndən növbəti turun oyunu üçün hazırlığa başlayıb.

Mayın 11-də Gəncədə “Neftçi”ni qəbul edəcək “sarı-göylər” sabah doğma şəhərə gələcək. Nizami yurdunun təmsilçisi oyundan öncəki məşqi matçın keçiriləcəyi şəhər stadionunda keçəcək. Hazırlıq prosesi saat 16:00-da başlayacaq. Məşq mətbuat və azarkeşlər üçün açıq xarakter daşıyacaq.

Xəbər 693 dəfə oxundu.