“Srvena Zvezda” futbol klubu 27-ci dəfə Serbiya çempionu olub
Futbol üzrə Serbiya Super Liqasında 2015/2016-cı il mövsümünün qalibi müəyyənləşib.

“Srvena Zvezda” klubu ölkə çempionatının qızıl medallarına sahib olub. Super Liqanın 34-cü turunda səfərdə “Vozdovaç”a 1:0 hesabı ilə qalib gələn “Srvena Zvezda” turnir cədvəlində ən yaxın izləyicisi “Çukariçki”ni 9 xal qabaqlayıb.

“Çukariçki” son üç turda qələbə qazanmaqla “Srvena Zvezda” ilə xallarını bərabərləşdirə bilər. Lakin Miodraq Bozoviçin komandası əlavə göstəricilərə görə, “Çukariçki”ni üstələdiyi üçün “Srvena Zvezda” növbəti turun nəticələrindən asılı olmayaraq çempionluğunu rəsmiləşdirib.

Qeyd edək ki, bu, “Srvenz Zvezda”nın tarixində 27-ci çempionluğu olub.

Xəbər 695 dəfə oxundu.