AÇ-də daha dörd oyun
Azərbaycanda keçirilən 17 yaşadək futbolçular arasında Avropa çempionatı davam edir. Bu gün qrup mərhələsinin 1-ci turu çərçivəsində C və D qrupunun qarşılaşmaları keçiriləcək.

Öncə meydana D qrupunda mübarizə aparan kollektivlər çıxacaqlar. İtaliya Serbiyanı, Hollandiya isə İspaniyanı sınağa çəkəcək.

Axşam saatlarında isə C qrupunda Fransa Danimarkayla, İngiltərə İsveçlə qarşılaşacaq.

17 yaşlıların Avropa çempionatı
1-ci tur
6 may

D qrupu

14:00. İtaliya - Serbiya
Baş hakim: Mitya Zqaneç (Sloveniya).
Bakı. "Azərsun Arena".

15:30. Hollandiya - İspaniya
Baş hakim: Fran Yoviç (Xorvatiya).
Bakı. "Dalğa Arena".

C qrupu

19:00. Fransa - Danimarka
Baş hakim: Ville Nevalaynen (Finlandiya).
Bakı. "Dalğa Arena".

19:00. İngiltərə - İsveç
Baş hakim: Sveyn-Erik Edvartsen (Norveç).
Bakı. "Azərsun Arena".

Xəbər 703 dəfə oxundu.