UEFA U-17 Avropa çempionatı: Ukrayna-Almaniya görüşü başlayıb
Bakıda 17 yaşadək futbolçular arasında Avropa çempionatının “B” qrupu çərçivəsində növbəti oyunu keçirilir.

Bakı Olimpiya Stadionunda qrupun favoriti hesab edilən Almaniya millisi Ukrayna yığması ilə qarşılaşır.

Görüşü islandiyalı baş hakim Qunnar Yarl Yonsson idarə edir. Baş hakimin köməkçiləri Neeme Neemlayd (Estoniya) və Endryu Kristiansendir (Farer adaları). Dördüncü hakim funksiyasını isə həmyerlimiz Əliyar Ağayev yerinə yetirir.

Matçın UEFA nümayəndəsi Richard Havrilla (Slovakia), hakim inspektoru isə digər azərbaycanlı hakim Asim Xudiyevdir.

Xəbər 884 dəfə oxundu.