Avropa qran prisinin Marşal komandasının ulduz elçisi açıqlanacaq
Mayın 6-da “Formula-1” Avropa qran prisinin Marşal komandasını təmsil edəcək ulduz elçinin adı açiqlanacaq. Adı açıqlanmayan bu şəxs Azərbaycanın tanınmış simalardandır və Bakı 2015 Avropa Oyunlarının ulduz elçilərindən biri olub.

Təqdimat mərasimindən sonra “Bakı Marşallar Klubu” (Baku Marshals Club) Trek Marşalları üçün təlim təşkil edəcək.

Təlimdə 350-dən çox marşalın iştirakı nəzərdə tutulur. Təlimlər, Bəhreyn Motor –İdman Federasiyasının təcrübəli təlimçiləri tərəfindən təşkil ediləcək.

Xəbər 731 dəfə oxundu.