Avstriya millisi U-17 Avropa çempionatına qələbə ilə başlayıb
Mayın 5-də Bakıda 17 yaşadək futbolçular arasında Avropa çempionatının ilk oyunu keçirilib.

“8-ci Kilometr” stadionunda keçirilən birinci oyun “B” qrupu çərçivəsində Avstriya ilə Bosniya və Herseqovina komandaları arasında keçirilib.

Çexiyalı baş hakim Petr Ardeleanun idarə etdiyi oyunun 18-ci dəqiqəsində hesab açılıb. Avropa çempionatının ilk qolunu Avstriya millisinin futbolçusu Kristof Baumqartner vurub. Matçın 38-ci dəqiqəsində Kristof Baumqartner dubl edib.

Görüşün sonunadək hesab dəyişməyib və Avstriya millisi Avropa çempionatına 2:0 hesablı qələbə ilə başlayıb.

Xəbər 699 dəfə oxundu.