Sərbəst güləş üzrə rayon birinciliyi keçirilib
1-2 may tarixlərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə uşaq və yeniyetmələr arasında sərbəst güləş üzrə rayon birinciliyi keçirilib.

Zərdab şəhəri, bölmənin idman zalında 50 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi ümumilli lider Heydər Əliyevin xatirəsini yad etmək, idmanın sərbəst güləş növünü inkişaf etdirmək, rayonda kütləvi sağlamlıq, bədən tərbiyəsi və idmanın inkişaf etdirlməsi olub.

Yekun nəticələrə görə Talıb Babaşov (26 kq), Qabil Hüseynov (29 kq), Rüfət Sadıqov (32 kq), Qoşqar Soltanov (38 kq), Məhəmməd Osmanov (42 kq), Anar Qocayev (46 kq), Süleyman İsmayılov (50 kq), Heydər Orucov (58 kq) yüksək yerə layiq görülüblər.

Xəbər 984 dəfə oxundu.