Portuqaliya mətbuatı “Tour d`Azerbaidjan-2016” veloyürüşü haqda yazır
Portuqaliya mətbuatı bu ölkənin "Sporting-Tavira" komandasının 6000 km məsafə qət edərək Azərbaycana yarışa getdiyini yazır.

Məqalədə deyilir ki, “Sporting-Tavira” “Tour d`Azerbaidjan-2016”da iştirak edəcək 21 komandadan biridir və qələbəyə iddialıdır.

Komandanın idman direktoru Vidal Fitas bildirib ki, Azərbaycanda keçirilən yarışın səviyyəsi kifayət qədər yüksəkdir. Orada qalib gəlmək asan olmayacaq, amma komanda bunun üçün çalışacalar.

AZƏRTAC

Xəbər 651 dəfə oxundu.