Qəbələ U-19 Liqasının çempionu oldu
Xəbər verdiyimiz kimi, “Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası Azərbaycan çempionu adına yiyələnib. Hüseynqulu Quliyevin yetirmələri çempionat başa çatmamış 1-ci yeri təmin edən U-15, U-16 və əvəzedicilərin ardından klubumuza mövsümdə 4-cü çempionluğu qazandırıb.

U-19 qızıl medallarla yanaşı, avrokuboklara vəsiqəni də təmin edib. Belə ki, ötən ildən etibarən bu yaş qrupu üzrə Azərbaycan çempionu UEFA Gənclər Liqasının “Çempionlar yolu”nda çıxış etmək hüququ qazanır.

Xəbər 647 dəfə oxundu.