Azərbaycan Kubokunda finalçılar müəyyənləşəcək | |
Bu gün futbol üzrə Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşləri keçiriləcək. Matçlardan biri Qəbələdə, digəri isə Masazırda oynanılacaq. Əvvəlcə “Qəbələ” Bakının “Neftçi” klubunu qəbul edəcək. Paytaxtda keçirilmiş ilk oyunda 1:1 hesabı qeydə alınıb. Komandalar bugünədək Azərbaycan Kubokunda son oyun istisna olmaqla cəmi bir dəfə üz-üzə gəlib. Bakının “İnter” klubu isə səfərdə “Qarabağ”la üz-üzə gələcək. Oyun Abşeron rayonunun Masazır qəsəbəsindəki “Əlincə Arena”da keçiriləcək. Premyer Liqada çempionluğu təmin etmiş Qurban Qurbanovun komandası finala yüksəlməyə daha yaxındır. “Qarabağ” ilk oyunda rəqib qapısından 4 cavabsız top keçirib. Yarımfinal mərhələsinin ilk oyunu istisna olmaqla komandalar bugünədək Kubok oyunlarında 5 dəfə görüşüb. Hərəyə iki dəfə qələbə qazanan yarımfinalçılar bir dəfə meydanı sülhlə tərk ediblər. |
|
Xəbər 633 dəfə oxundu. |
|
|