UEFA Çempionlar Liqası: Madrid “Atletiko”su adını finala yazdırdı
UEFA Çempionlar Liqasında ilk finalçı bəlli olub.

Yarımfinal mərhələsinin ilk cavab görüşündə Münhenin “Bavariya” klubu Madridin “Atletiko” komandasını qəbul edib. Münhendəki “Alyans Arena”da keçirilən matçı türkiyəli referi Cüneyt Çakır idarə edib.

Oyun ərzində topa hakim olan və rəqibinə 2:1(0:1) hesabı ilə qalib gələn “Bavariya” iki oyunun nəticəsinə görə finala yüksələ bilməyib. Əvəzində Dieqo Simeonenin komandası mayın 28-də Milanda keçiriləcək finala adını yazdırıb. Münhenlilər hücumlarının bəhrəsini 31-ci dəqiqədə görüb. Xabi Alonso cərimə zəribəsini dəqiq yerinə yetirib-1:0. İkinci hissədə “Bavariya” müdafiəsinin ani səhvindən istifadə edən qonaqlar 54-cü dəqiqədə Qrizmanın qolu ilə hesabı bərabərləşdirə biliblər-1:1. Yenidən rəqib qapısında hücumlarını çoxaldan Xosep Qvardiolanın yetirmələri 74-cü dəqiqədə Levandovskinin baş zərbəsi ilə hesabı 2:1-ə çatdırıb. Lakin bu qol “Bavariya”ya final üçün kifayət etməyib.

Qeyd edək ki, bu gün oynanılacaq yarımfinal mərhələsinin digər cavab matçında “Real Madrid”lə “Mançester Siti” üz-üzə gələcək.

Xəbər 641 dəfə oxundu.