Ceyms Əli Bəşir: Qlovatski ilə döyüş Usik üçün çətin sınaq olacaq
Ukraynalı boksçu Aleksandr Usikin məşqçisi Ceyms Əli Bəşir WBO versiyasında birinci ağır çəkidə dünya çempionu, polyak Kşiştof Qlovatski ilə öz yetirməsinin qarşıdakı döyüşü barədə mülahizələrini bölüşüb.

Ceyms Əli Bəşir “EJ Boxing Live” nəşrinə müsahibəsində deyib: “Qlovatski ilə döyüş Usik üçün çətin sınaq olacaq. Aleksandr bu döyüşdə qalib gəlmək üçün həm mental, həm də fiziki baxımdan ideal səviyyədə hazır olmalıdır. Qlovatskinin mənfi cəhətləri nədir? Bilirsinizmi, onun Kanningem və Huk ilə döyüşlərdə yol verdiyi səhvləri, əlbəttə, görmüşəm və özüm üçün qeyd etmişəm, lakin burada həmin səhvlər barədə danışmaq istəməzdim”.

Daha əvvəl verilən məlumata görə Usik və Qlovatskinin çempion adı uğrunda döyüş barədə razılığa gəlmələri üçün onlara 30 gün vaxt verilib. Qeyd edək ki, bu rəqiblər həmin döyüşü iyul ayında Ukrayna stadionlarının birində keçirə bilərlər.

AZƏRTAC

Xəbər 622 dəfə oxundu.